AZ

İnfarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldan məhsul hansıdır?

Böyük Britaniyanın Aberdin Universitetinin alimləri müəyyən ediblər ki, şokolad tromboz riskini azaltmağa kömək edir.

Tədqiqatda müxtəlif cinslərdən olan 42 sağlam könüllü iştirak edib. Onlardan xüsusi olaraq kakao ekstraktı ilə zənginləşdirilmiş bir neçə ədəd tünd şokolad yemək tələb olunub. Daha sonra könüllülər trombositlərin, yəni laxtalanmaya məsul olan elementlərin fəaliyyətini qiymətləndirmək üçün alimlərə qan nümunələrini təqdim ediblər. Məlum olub ki, kişilər qara şokolad yedikdən sonra onlarda daha çox azot oksidi əmələ gəlir. Bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını asanlaşdırır.

Alimlər, həmçinin aşkar ediblər ki, tünd şokolad trombositlərin yığılmasının (bir-birinə yapışmasının) və qan damarlarında qan laxtalarının əmələ gəlməsinin qarşısını ala bilir. Bu, infarkt və insult riskini əhəmiyyətli dərəcədə azaldır.

Tədqiqatçılar bu faydalı təsirin kakaonun tərkibindəki bitki polifenollarının yüksək olması ilə bağlılığını irəli sürüblər. Bu birləşmələr antioksidant, iltihab əleyhinə və damar gücləndirici təsirlərə malikdir.

Mənbə: Gazeta.ru

Seçilən
190
7
Mənbələr
Şərh ()
Bağla