AZ

Yaponiyanın Tanabe şəhərində Novruz bayramı qeyd edilib

Bakı, 30 mart, AZƏRTAC

Yaponiyanın Tanabe şəhərində həmyerlimiz Minarə Şükürovanın təşkilatçılığı ilə Novruz bayramı qeyd olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, milli adət-ənənələrimizi tanıtmaq məqsədilə təşkil olunmuş tədbirdə Yaponiyadan və digər ölkələrdən olan nümayəndələr iştirak ediblər.

Minayə Şükürova Azərbaycan mətbəxinə aid müxtəlif təamlar, milli şirniyyatlar və Novruz bayramının əsas atributları haqqında qonaqlara ətraflı məlumat verib, eyni zamanda, Azərbaycanın milli yeməyi olan plovun hazırlanması təlimi keçib. Bu təşəbbüs qonaqların böyük marağına səbəb olub. O, özünün 3 dildə (yapon, rus və ingilis) hazırladığı və Novruz bayramının əsas atributları - Kosa, Keçəl, Bahar qızı, səməni, tonqal, milli şirniyyatların, eyni zamanda, Xəzər dənizi, Qız Qalası, Atəşgah məbədi və Şirvanşahlar Sarayının fotolarının yer aldığı broşürləri qonaqlara hədiyyə edib.

Minarə Şükürova bundan öncə də Tanabe şəhər bələdiyyəsində də Novruz tədbiri təşkil edərək orada çalışanlara bu bayramın adət-ənələrindən danışıb.

Seçilən
106
2
Mənbələr
Şərh ()
Bağla