AZ

Rusiya Moldova səfirliyinin işçisini “persona non qrata” elan etdi

Moldovanın Moskvadakı səfiri Lilian Dariy Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb.

Səfirə rusiyalı diplomatın Moldovadan çıxarılması və Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının konfransının sessiyasına buraxılmaması ilə bağlı etiraz ifadə edilib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Moldova diplomatik missiyasının rəhbərinə martın 19-da Moldova tərəfinin Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan etməsi, habelə Rusiya nümayəndə heyətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) mayın 14-17-də Kişinyovda keçiriləcək Avropa üzrə regional konfransının 34-cü sessiyasında iştirak üçün Moldovaya girişinə qadağa qoyulmasına dair əsassız qərarı ilə bağlı kəskin etiraz bildirilib”, - deyə diplomatik qurumdan məlumat verilib.

“Rusiyanın Kişinyovdakı səfirliyinin əməkdaşının ölkədən çıxarılmasına cavab olaraq Rusiya tərəfi Moldovanın Rusiyadakı səfirliyinin əməkdaşını “persona non-qrata” elan edir”, - deyə Rusiya XİN-dən qeyd edilib.

Mənbə: TASS

Seçilən
107
13
Mənbələr
Şərh ()
Bağla