AZ

Olimpiya çempionu dələduzluqda ittiham olunur

Rusiyalı Olimpiya çempionu və “Novosibirsk” klubunun keçmiş baş direktoru Andrey Perlov dələduzluqda ittiham olunur.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Baş İdarəsi ona qarşı cinayət işi açıb.

62 yaşlı sabiq idmançı 2020-2022-ci illərdə Novosibirsk təmsilçisinin baş direktoru vəzifəsində çalışıb.

Qeyd edək ki, A.Perlov 1992-ci ildə Barselonada keçirilən Yay Olimpiya Oyunlarında qaçış üzrə qızıl medal qazanıb. O, həmçinin 2 dəfə Dünya Kubokunda komanda yarışlarının qalibi və 6 dəfə SSRİ çempionu olub.

Seçilən
154
35
Mənbələr
Şərh ()
Bağla