AZ

Pedaqoji Universitetdə fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər

Bakı, 29 mart, AZƏRTAC

Martın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsində “Mən rəhbər olsam 4” layihəsi keçirilib.

ADPU-dan AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində fəal tələbələr fakültəyə bir günlük rəhbərlik ediblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov, universitetin sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev və Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli tələbələrin uyğun vəzifələr üzrə iş fəaliyyətlərini müşahidə edib, “tələbə rəhbər”lərlə müzakirələr aparıblar.

Layihə çərçivəsində tələbələr arasında keçirilən səsvermənin nəticələrinə əsasən səs çoxluğu ilə Nərmin Həsənova dekan, Orxan Məmmədli dekan müavini, Nərmin Əlihəsənova Ümumi fizika kafedrasının müdiri, Səma Şahverdiyeva Fizikanın tədrisi texnologiyası kafedrasının müdiri, Aydan Quliyeva STEAM Mərkəzinin direktoru, Qaratel Məsimova isə Texnologiyanın tədrisi kafedrasının müdiri vəzifəsinə seçiliblər.

Tələblər bir iş günü ərzində müvafiq vəzifələri icra ediblər.

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla