AZ

"Rusiya hərbi bazasının Ermənistanda olması bu ölkənin suverenliyinin zəmanətidir" - Rusiya XİN

Rusiyanın 102-ci hərbi bazasının Ermənistanda olması bu ölkənin suverenliyinin qorunub saxlanmasına zəmanət verir.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi ilə hazırlanan sənədi şərh edərkən bildirib.

XİN hesab edir ki, Ermənistan Aİ üçün yalnız resurs mənbəyi kimi vacibdir.

“Rusiya hərbi bazası və Rusiya sərhədçilərinin mövcudluğu Ermənistanın suverenliyinin yeganə real zəmanətidir. Onların geri çəkilməsinin respublikanın hərbi potensialını hansısa formada gücləndirəcəyi fikri təhlükəli demaqogiyadır. Bu gün bizi mövcud təhlükəsizlik sisteminə yenidən baxmağa məcbur edən Qərb bunun müqabilində konkret heç nə təklif etmir”, – Rusiya XİN bildirib.

Azpost.info

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla