AZ

Yeni qlobal gücə çevrilən Çin üçün Azərbaycanla münasibətlərin inkişafı prioritetdir

Image

1970-ci illərin sonlarında başlayan islahatlar nəticəsində Çində baş verən transformasiya dünya üçün də tarixi əhəmiyyət kəsb edən hadisə hesab olunur.  Ölkənin postmaoist rəhbərliyi tərəfindən elan edilmiş  “islahat və açıqlıq siyasəti” Çinin inkişafında yeni mərhələ açıb.

Dünyanın ən çox əhalisinə malik olan ölkələrdən biri kimi Çinin nəhəng əmək potensialı iqtisadiyyatın modernləşdirilməsinə yönəlib. Bunun üçün müvafiq şərait qabaqcıl texnika və texnologiya ilə təchiz edilmiş xarici kapitalın kütləvi şəkildə cəlb edilməsi ilə yaradılıb. Çinin müasir dünya düzənində yüksəlişi və qlobal kapital sisteminə mütərəqqi inteqrasiyası da öz sözünü deyir. Çinin yarım əsrdən də az müddət ərzində yoxsul bir ölkədən dünyanın ikinci iqtisadiyyatına çevrilməsi, həyat səviyyəsinə görə dünya liderləri ilə bir cərgəyə yüksəlməsi  nümunə hesab olunur. Çinin artım üçün nəhəng ehtiyatları var. Bu templə Çin iqtisadi böyüklüyünə görə ABŞ-ı yalnız növbəti onilliyin ortalarında ötüb keçəcək. Ölkənin ÜDM-i təxminən 20 trilyon dollardır, qlobal iqtisadiyyatın təxminən 20%-ni təşkil edir. “The Telegraph” nəşri bir müddət əvvəl qeyd edilən fonda yazırdı: “Böyük tektonik sürüşmələri müşahidə etmək bəzən mümkün olmur. Digər vaxtlarda bu mümkündür və ayaqları yerdə olan hər kəs yerin hərəkətini hiss edə bilər. Çinin yüksəlişi və Amerikanın süqutu da belədir. Biz Britaniyada cinsi və irqi ayrıseçkiliyi mübahisə edərkən Çinin ən yaxşı siyasətçiləri və elçiləri ticarət sövdələşmələri edərək dünyanı dolaşırlar. Keçmişimizdəki hər şeyin iddia edilən qanunsuzluqları haqqında gülünc və məlumatsız sətirlərlə diqqətimizi yayındırsaq da, Çin sadəcə öz gələcəyinə davam edir... Vestminsterdən Vaşinqtona qədər bizi çənginə alan Çin texnologiyasını necə idarə etmək barədə bitməz-tükənməz müzakirələr var. Solçular isə belə sualın qaldırılmasının “irqçilik" ola biləcəyindən narahatdırlar. 

Bu halda Roma yanarkən Neronun skripkada ifa etməsi yada düşür. Amma indiki liderlərin etdikləri bundan da pisdir. Cəmiyyətlərimiz və hökumətlərimiz bəzən TikTok-da, bəzən Pekindəki Emmanuel Makron kimi axmaq rəqslər edir, Çin Kommunist Partiyası isə rəqs edən ayaqlarımızın altından yeri hərəkət etdirir”. Çin hazırkı dönəmdə qlobal lider olmaq iddialarını ortaya qoyub. Əvvəllər Pekin özünü yalnız qlobal iqtisadi oyunçu kimi təqdim edirdi, indi isə o, dünya siyasətinin aparıcı aktorlarından birinə çevrilir. Çinin bu siyasəti ABŞ-ın dünya siyasətində hegemon olaraq qalmaq niyyətlərinə ziddir. Ancaq Çin iqtisadi gücdən siyasi gücə transformasiya olunur. 

Beləliklə, Çin yeni qlobal gücə çevrilir. Bu ölkənin münasibətlərində xüsusi diqqət yetirdiyi dövlətlərdən biri isə Azərbaycandır. Azərbaycan və Çin xalqları qədim İpək Yolu vasitəsilə sıx əlaqələrə malik olublar. Qarşılıqlı dostluq və etimad prinsiplərinə əsaslanan Azərbaycan-Çin münasibətləri illərin sınağından keçib və möhkəm təməl üzərində qurulub.

 Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov Azərbaycan ilə Çin arasında bütün məsələlər üzrə qarşılıqlı anlaşma və dialoqun mövcud olduğunu, ölkələrimiz üçün xüsusi əhəmiyyət daşıyan məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirildiyini vurğulayır. Azərbaycan “Vahid Çin” siyasətinə bütün platformalarda dəstəyini bildirib, Çin isə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə daim dəstək nümayiş etdirib. Dövlət başçıları İlham Əliyevin və Si Cinpinin səyləri nəticəsində iki ölkə arasında münasibətlər dinamik və hərtərəfli inkişaf dövrünü yaşayır. Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd şəhərində keçirilən Sammiti çərçivəsindəki görüş zamanı dövlət başçıları iqtisadi əməkdaşlığın diversifikasiyası və onun keyfiyyətcə yeni məzmun ilə zənginləşdirilməsinə dair tapşırıq veriblər. Hazırda iqtisadiyyatın müxtəlif sahələri, energetika, nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və qarşılıqlı fəaliyyətin digər istiqamətləri üzrə əməkdaşlıq spektrinin genişləndirilməsi imkanları nəzərdən keçirilir. Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşdır. Bundan başqa, müxtəlif sahələri təmsil edən qurumların rəhbərlərinin qarşılıqlı səfərləri əməkdaşlığın dərinləşməsinə müsbət təsir göstərir. Həmin səfərlər zamanı ölkələrimiz arasında iqtisadi-ticari, enerji, o cümlədən “yaşıl enerji”, nəqliyyat-tranzit, investisiya, informasiya-kommunikasiya texnologiyaları, humanitar, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi barədə çoxsaylı razılıqlar əldə olunub. Azərbaycanda həyata keçirilən nəqliyyat-infrastruktur layihələri isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasına öz əhəmiyyətli töhfəsini verir.  “Orta dəhliz” isə Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün təhlükəsiz və əlverişli alternativ marşruta çevrilib. Bu dəhliz Çinin xarici ticarətinin inkişafına mühüm töhfə verir, bu ölkənin alternativ bazarlara çıxışını təmin edir. Dəhlizin  Çin üçün əhəmiyyəti təkcə ticarət və nəqliyyat əlaqələrinin intensivləşdirilməsində deyil, həm də ölkənin dənizə çıxışı olmayan regionlarının inkişafındadır. Çin və region ölkələri “Orta dəhliz”in kommersiya səmərəliliyinin artırılmasında maraqlıdırlar. 

Tahir TAĞIYEV





phrase_var_article.chosen
29
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close