AZ

Bəstəkarın evinə həbs qoyuldu — Keçmiş kürəkənin şikayəti ilə...

Əməkdar incəsənət xadimi, bəstəkar Nadir Əzimovun həyat yoldaşının adına olan 3 otaqlı mənzilə həbs qoyulub. 
 
Moderator.az -ın əldə etdiyi məlumata görə, bəstəkar Nadir Əzimovun keçmiş kürəkənin şikayətinə əsasən bu baş verib. 
 
Belə ki, bəstəkarın qızı həyat yoldaşı ilə evlilikdən 8 ay sonra boşanıb. Amma boşanmadan əvvəl cütlüyün bank hesabında mübahisəli pullar olub. Həmin pullar boşanma işi bitməmiş  bəstəkarın qızı keçmiş həyat yoldaşından icazəsiz bankdan çıxarıb. 
 
Nadir Əzimovun kürəkəni bu barədə hüquq-mühafizə orqanlarına şikayət edib. İş məhkəməyə kimi gedib çıxıb. Məhkəmə həmin vəsaiti bəstəkarın keçmiş kürəkəninə qaytarılması barədə qərar çıxarıb. Lakin qərar icra olunmadığından yenidən məhkəməyə şikayət verilib. 
 
Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla