AZ

Qırmızı bülletenlə axtarılan şəxslər İstanbulda saxlanıldı

İnterpolun axtarışında olan Talqat Baisaov və Maxat Raxışov Türkiyənin İstanbul şəhərində saxlanılıb.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya açıqlama verib.

Nazir, Təhlükəsizlik, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin İstanbulda əməliyyat keçirdiyini bildirib:

“Həyata keçirilən “Mahzen-23” əməliyyatı zamanı qırmızı bülletenlə axtarışda olan Talqat Baisaov və Maxat Raxışov saxlanılıb.

 Saxlanılan şəxslər ölkələrinə geri göndərilmək üçün müvafiq mərkəzə təhvil verilib”.

Aysu
Demokrat.az
Seçilən
31
Mənbələr
Şərh ()
Bağla