AZ

Polşa prezidenti ölkənin CFE-də iştirakını dayandırdı

Polşa Prezidenti Anjey Duda ölkənin Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədə (CFE) iştirakını dayandıran qanunu imzalayıb.

Redaktor.az xəbər verir ki, bu barədə dövlət başçısının aparatının saytında məlumat verilib.

Məlumatda deyilir ki, Duda martın 28-də “1990-cı il noyabrın 19-da Parisdə imzalanmış Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin qüvvədə olmasına düzəlişlər edən 7 mart 2024-cü il tarixli qanunu” imzalayıb. Polşa müqavilədən rəsmən çıxmadan qeyri-müəyyən müddətə CFE Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyi dayandırır.

Xatırladaq ki, 2023-cü il noyabrın 7-də NATO dövlətləri Rusiyanın ondan çıxması prosedurunun başa çatması ilə əlaqədar CFE Müqaviləsində iştirakını qeyri-müəyyən müddətə dayandırmaq niyyətində olduqlarını elan etdilər. Müqavilə 1990-cı ildə imzalanıb və 1997-ci ildə uyğunlaşdırılıb. NATO üzvləri bu sənədin uyğunlaşdırılmış variantını ratifikasiya etmədilər, NATO ilə hazırda ləğv edilmiş Varşava Müqaviləsi arasında balansı nəzərə alaraq adi silah qaydalarını ehtiva edən 1990-cı il müddəalarına əməl etməyə davam etdilər.

2023-cü il mayın 29-da Rusiya Prezidenti Vladimir Putin CFE Müqaviləsinin denonsasiyası haqqında qanunu imzalayıb və iyunun 9-da qüvvəyə minib. 

Turan İSMAYIL

Seçilən
122
44
Mənbələr
Şərh ()
Bağla