AZ

Ömürlük həbs gözləyir - Oyun “alver”i edib, rüşvət alıb və verib

Dünən Syanninq şəhərinin Xalq Məhkəməsinin iclasında Çin millisinin sabiq baş məşqçisi, bu ölkənin ən məşhur futbolçularından biri, “Everton”un sabiq oyunçusu Li Tinin işi üzrə məhkəmə prosesi keçirilib.

Sportinfo.az xəbər verir ki, ona qarşı rüşvət almaq və ötürmək ittihamı irəli sürülüb.

Fevral ayında Britaniya mediası Li Tinin artıq ömürlük həbs cəzasına məhkum edildiyini yazmağa tələsib. Əslində, bu hələ baş verməyib – hökm “müəyyən edilmiş müddət ərzində” elan ediləcək.

Lakin ehtimala görə, onun işi Çin futbolundakı digər korrupsiya halları ilə müqayisə edildikdə, ömürlük həbs Li Tinin üzləşə biləcəyi minimum cəzadır.

O, Çin milli komandasına tapşırıqla oyunçu çağırmaq, danışılmış oyunlar və futbolçu transferlərinin təşkilinə kömək etmək üçün 50 milyon yuandan çox (təxminən 6,5 milyon avro) pul almaqda ittiham olunur.

Bundan əlavə, o, milli komandanın baş məşqçisi vəzifəsini əldə etmək üçün 1 milyon yuan verməkdə ittiham olunur.

Bu həftə Çin Futbol Assosiasiyasının keçmiş prezidenti Çen Syu Yan rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edilib.

Məhkəmə iclasında o, ölkədəki bütün futbolsevərlərdən üzr istəyib və onların onu bağışlayacaqlarına ümid etdiyini bildirib.

Martın ortalarında Şandun əyalət məhkəməsi Çin Futbol Assosiasiyasının keçmiş vitse-prezidenti, Gənclər Futbol Liqasının keçmiş rəhbəri və Təhsil Nazirliyinin departamentlərindən birinin keçmiş rəhbəri Vanqa hökm çıxarıb.

Dövlət vəsaitini mənimsədiyinə və rüşvət aldığına görə o, 17 il müddətinə həbs edilib.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla