AZ

"Xiaomi" avtomobil və paltar satmağa başladı

"Xiaomi" ilk elektrik avtomobili SU7-nin satışlarına başlayarkən geyim və aksesuarlar istehsal edəcək yeni "Xiaomi Life" markasını təqdim etdiyini açıqlayıb. 

Valyuta.az "4pda" portalına istinadən xəbər verir ki, yeni məhsullar həm sürücülərin, həm də piyadaların ehtiyacları nəzərə alınmaqla hazırlanıb.

Yeni brend təqdimat zamanı geniş çeşiddə məhsullar debüt edib, o cümlədən qiyməti 13 dollar olan futbolkalar, 27,50 dollarlıq köynəklər, müvafiq olaraq 13 və 18 dollar olan papaqlar və beysbol papaqları, eləcə də qiyməti 6,8 dollardan 83 dollara qədər olan müxtəlif çanta və kürək çantaları, həmçinin 9,5 dollardan başlayan kupalar satışdadır.

"Gələcəkdə "Xiaomi Life" geyim və aksesuar kolleksiyasını genişləndirməyi planlaşdırır.

"Xiaomi Life" məhsulları şirkətin standart çeşidindən life sözünün əlavə olunduğu unikal ağ-qara loqo ilə fərqlənir. Hazırda "Xiaomi"nin yeni geyim və aksesuar markası eksklüziv olaraq Çin bazarında təmsil olunur və şirkət beynəlxalq genişlənmə planları ilə bağlı hələlik heç bir açıqlama verməyib.

Martın sonunda "Xiaomi" ilk elektrik avtomobilini - "Xiaomi SU7"ni üç modifikasiyada 216-300 min yuana (təxminən 50-70 min AZN) təqdim edib.

Paşa Məmmədli

Seçilən
21
50
Mənbələr
Şərh ()
Bağla