AZ

Psixoloji xəstəliklərdə dərmanla MÜALİCƏ – Həkim-psixiatr AÇIQLADI

Tanınmış həkim psixiatr Zaur Qasımov psixoloji xəstələrdə dərman müalicəsi haqqında danışıb.

NOCOMMENT.az xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalın həkim psixiatrı Zaur Qasımov psixoloji xəstələrdə dərman müalicəsi ətrafında fikirlərini bölüşüb.

Həkim

Həkim-psixiatr qeyd edib ki, belə xəstələr dərman müalicəsini, həkim qəbulunu o qədər də uyğun görmürlər. Sanki bunu bir həyat tərzi imiş kimi, qəbul edirlər və “bunun xasiyyəti belədir, bunun irsiyyətindən gəlir , əmisi də belə idi, dayısı da belə idi və ya başqa qohumundada bu hallar vardı” kimi ifadələr işlədirlər:

“Bildiyimiz kimi beynimizdə hislərimizi təmin edən bir sistem vardır. Necə ki, biz sevinirik, əsəbləşirik, həyəcanlanırıq bunlar beyində müəyyən bir maddələrin qarşılıqlı təsiri nəticəsində formalaşır. Belə ki, biz həyəcanlanan zaman həyəcanımızı sakitləşdirmək üçün bir mexanizim hərəkətə keçir. Lakin, belə xəstələrdə bu mexanizmin hərəkətə keçməməsi nəticəsində narahatlıqlar meydana çıxa bilir”.

O, son olaraq qeyd edib ki, bəli, bir çox hallarda psixoterapiyanın əhəmiyyəti olur, lakin, xəstələr əksər hallarda özləri bacara bilmirlər və həkimə müraciət etməsinə ehtiyac yaranır:

“Belə xəstələrə həkimə müraciət etmələri və dərman müalicəsi qəbul etmələri tövsiyə olunur”.

phrase_var_article.chosen
40
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close