AZ

Moskvada Timur Myasnikov da güllələnib

Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilən terror aktının qurbanları arasında Baş Kəşfiyyat İdarəsinin xüsusi təyinatlı dəstəsində xidmət etmiş Timur Myasnikov da var.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, o, Ukrayna ilə müharibədə də iştirak edib.

Məlumata görə, Myasnikov terror aktı zamanı üç güllə yarası alıb, həkimlərin onun həyatını xilas etmək cəhdlərinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib.

Rusiya Teleqram kanalları bildirirlər ki, terror aktı zamanı polkovnik həyat yoldaşı və oğlunu təhlükəsiz yerə aparmağa müvəffəq olub, amma özü güclü atəş altında qalıb.

Terror aktından bir neçə gün əvvəl polkovnik ailəsinə baş çəkmək üçün döyüş bölgəsindən Moskvaya gəlib. O, bundan əvvəl Tacikistan və Kosovoda xidmət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
63
3
Mənbələr
Şərh ()
Bağla