AZ

“Araz Karqo” lisenziyasız fəaliyyət göstərib? – Şirtkətə qarşı ittiham

Karqo sahəsində əsas oyunçulardan olan “Araz Karqo” MMC iqtisadi fəaliyyət əleyhinə inzibati xəta törətməkdə ittiham edilir. 

Valyuta.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 398-ci (Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi) maddəsi ilə inzibati iş başlanıb. 

İşə Xəati Rayon Məhkəməsində baxılacaq. 

398-ci maddədə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə nəzərdə tutulur. 

Hüseyn

Seçilən
40
1
Mənbələr
Şərh ()
Bağla