AZ

“Olmalı olduğum yer buradır”

Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis bu qərarını belə dəyərləndirib:

“Rəhbərliklə çox yaxşı bir görüş keçirtdim və “Bayer”də qalmağa qərar verdim. Buranın bir məşqçi olaraq inkişaf etmək üçün ən doğru yer olduğunu hiss edirəm. Burdakı işim bitməyib. Olmalı olduğum yer buradır”.

Alonsonun “Bayer”i hazırda Bundesliqada sona 8 tur qalmış “Bavariya”nın 10 xal önündə liderdir.

Seçilən
64
Mənbələr
Şərh ()
Bağla