AZ

Qəzza üçün ABŞ-la danışıqlar aparmalıyıq - Zərif

Qəzzaya görə Əfqanıstan və İraq mövzusunda olduğu kimi ABŞ-la danışıqlar aparılmalıdır.

Axar.az xəbər verir ki, bunu İranın keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkənin “Camaran” saytına müsahibəsində deyib.

“İran Əfqanıstan və İraqla bağlı ABŞ-la danışıqlar aparıb və Qəzza barəsində danışıqlarda da birbaşa iştirak etməlidir. Milli maraqlarımız və müqavimətin (İrana bağlı qruplar nəzərdə tutulur – red.) mənafeyi ilə bağlı məsələlərdə iştirak etməliyik”, - Zərif bildirib.

Onun sözlərinə görə, ABŞ və İsrailin bölgədəki nüfuzunu azaltmaq üçün İran İsraildən başqa bütün region ölkələrinə hərbi təcavüz etməmək barədə anlaşma təklif etməlidir.

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla