AZ

Mərkəzi Gömrük Hospitalında 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib (FOTO)

Bakı. Trend:

Mərkəzi Gömrük Hospitalında 31 Mart - AzərbaycanlılarınSoyqırımı Gününə həsr edilmiş anım tədbiri keçirilib. TədbirdəAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmətİdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev,Mərkəzi Gömrük Hospitalının rəis müavini Nabil Seyidov, əməkdaşlar,həkim-rezidentlər və könüllü gömrükçülər iştirak ediblər. TədbirAzərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi iləbaşlanıb.

Daha sonra tədbir iştirakçıları 31 mart qurbanlarının xatirəsinibir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan Respublikası DövlətGömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayılƏfəndiyev açılış nitqi ilə çıxış edərək 31 Mart AzərbaycanlılarınSoyqırımı Gününün tarixindən danışaraq, 1918-ci ilin 30 mart və 3aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasınınmüxtəlif bölgələrində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul,Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Sovetivə daşnak erməni silahlı dəstələri tərəfindən azərbaycanlılaraqarşı törədilən soyqırım barədə ətraflı məlumat verib.

Rəis müavini İsmayıl Əfəndiyev qeyd edib: “Bu soyqırımınnəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, onminlərlə insan itkin düşmüşdür. Uzun illər gizli saxlanılan,üzərinə qadağa qoyulan bu həqiqətlər Ümummilli liderimiz HeydərƏliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində üzə çıxarılmış,xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq mümkünolmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixində 31mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması barədəimzaladığı Sərəncamından sonra hər il 31 Mart AzərbaycanlılarınSoyqırımı Günü kimi dövlət səviyyəsində qeyd edilir”.

Tədbirdə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsredilmiş sənədli film nümayiş olunub. Dövlət Gömrük Komitəsi TibbiXidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin mütəxəssisiŞəhla Mirzəzadə tədbirdə çıxış edərək 31 mart azərbaycanlılarınsoyqırımı zamanı erməni silahlı dəstələri tərəfindən xalqımızaqarşı törədilmiş cinayət, məhv edilmiş və yerlə yeksan edilmişkəndlər barədə məlumat verib.

Tariximiz bizim milli kimliyimiz, milli yaddaşımızdır. Biz daimmillətimiz və xalqımızın tarixinə yazılanları bilməli vəunutmamalıyıq. Bu baxımdan 31 mart qurbanları da tarixinyaddaşından silinməyəcək, bu soyqırım daim xalqımız tərəfindənxatırlanacaq və qurbanların xatirəsi əziz tutulacaq.

Mərkəzi
Mərkəzi
Mərkəzi
Seçilən
14
50
Mənbələr
Şərh ()
Bağla