AZ

Soyqırım qurbanlarının və bütün şəhidlərimizin ruhu bu gün şaddır - Səttar Möhbalıyev

Bakı. Trend:

Tariximizin unudulmaz səhifələrindən biri də 1918-ci ilinmart-aprel hadisələridir. Məhz həmin dövrdə 30 mindən çoxazərbaycanlı erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqlaqətlə yetirilib. Bu da, təbii ki, erməni millətçilərininuydurduqları, heç vaxt mövcud olmayan “Böyük Ermənistan” ideyasınıngerçəkləşdirilməsi cəhdləri idi. Bu çirkin siyasət tarix boyusoydaşlarımıza qarşı etnik təmizləmələrə, deportasiyalara vəsoyqırımılara səbəb olmuş və tarixin müəyyən mərhələlərində özünügöstərmişdir. Qeyd etdiyimiz dövrdə də erməni millətçiləri yaranmışvəziyyəti tarixi fürsət bilərək belə qanlı hadisələrə əl atdılar.Məhz etnik və dini mənsubiyyət səbəbindən təkcə Bakı quberniyasındaon minlərlə dinc sakin işgəncələrə məruz qalmış və vəhşicəsinəqətlə yetirilmişdir. Soyqırımı Bakı ilə yanaşı, həm də Qarabağda,Naxçıvanda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Salyanda,Zəngəzurda da törədilmişdir. Həmçinin 10 minlərlə dinc sakin öztorpaqlarından didərgin düşüb.

Bu fikirləri Trend-əaçıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının(AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, mart hadisələri zamanı eləcə də yaşayışməntəqələri, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar dadağıdılıb: “Yəni bu əməllər erməni millətçilərinin xain xislətinin,vəhşi təbiətinin təzahürləridir ki, gözlərinə görünən, qarşılarınaçıxan hər şeyi məhv edirlər. Qocalara, qadınlara, uşaqlara belərəhm etməyən cəlladlar hətta insanlığa sığmayan ən qəddar üsullarada əl atıblar. Bunu Quba qırğını bir daha sübut edir. Belə ki,orada aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeriyoxdur. Demək olar ki, onların hamısı balta, xəncərlə öldürülüb,başları bədənlərindən qopardılıb. Bəzi kəllə sümüklərində mismarlarda aşkarlanıb. Bu, bir daha həmin hadisələrin hansı qəddarlıqlatörədildiyini gözlər önünə sərir”.

“Məlumdur ki, sovet hakimiyyəti illərində çox çalışdılar,əllərindən gələni etdilər ki, erməni cəlladlarının törətdiklərisoyqırımıları, qətliamları tarixdən silsinlər, insanlaraunutdursunlar. Təbii ki, bu cəhdlərin hamısı faydasız oldu.İmperiya dağıldıqdan sonra isə pərdələr qalxmağa başladı,haqq-ədalət öz yerini tapdı. Məhz dövlətimizin banisi Ulu ÖndərHeydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlılarınsoyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyatakeçirilmiş soyqırımıların ilk dəfə rəsmi şəkildə adı çəkildi,erməni şovinistlərinin soydaşlarımıza qarşı nümayiş etdirdiklərietnik düşmənçilik siyasətinin kökləri açıldı, bu tipli məkrli,qeyri-insani əməllər öz siyasi qiymətini aldı. Eləcə də Fərmanla 31mart günü Azərbaycanlıların Soyqırımı Günü elan edildi. Habelə buFərman soyqırımı ilə bağlı yeni araşdırmalara yol açdı, həmintarixin öyrənilməsi ilə bağlı əhəmiyyətli işlər görüldü”, - AHİKsədri qeyd edib.

“Mən dövlətimizin başçısı cənab İlham Əliyevin sərəncamı iləQubada “Soyqırımı memorial kompleksi“ yaradılmasını xüsusiləvurğulamaq istərdim. Bu addım soyqırımı qurbanlarının xatirəsininəbədiləşdirilməsi, baş verən qanlı hadisələrin beynəlxalqictimaiyyətə çatdırılması, gələcək nəsillərə ötürülməsi baxımdanson dərəcə əhəmiyyətlidir. Görürük ki, ölkəmizə gələn xariciqonaqlar, turistlər, həmçinin vətəndaşlarımız, xüsusilə məktəblilərkompleksi ziyarət edir və dolğun məlumatlar toplayırlar. Biz butarixi unuda bilmərik, onu daim yaşatmalıyıq və təbliğ etməliyik.Hər il Azərbaycanlıların Soyqırımı Günü ərəfəsində dövlətorqanlarında, ictimai təşkilatlarda, elm və təhsil müəssisələrindətədbirlər təşkil edilir. Nəzərinizə çatdırım ki, ölkəmizinhəmkarlar ittifaqları da Soyqırımı Günü ilə əlaqədar tədbirlərkeçirir, soyqırımı qurbanlarının xatirəsi dərin hörmətlə anılır“, -Milli Məclisin deputatı bildirib.

“Tarix boyu soyqırımılara, qətliamlara əl atan, dinc sakinləriqətlə yetirən, ərazilərimizdə vandalizm törədən, torpaqlarımızıişğal edən düşmənin cavabı layiqincə verildi. Həm cəmi 44 gün davamedən Vətən müharibəsində, həm ondan sonra həyata keçirilən bir sıralokal hərbi əməliyyatlarda, həm də Qarabağdakı bir sutkadan da azmüddətdə baş tutan antiterror tədbirlərində bütün şəhidlərimizin,soyqırımı qurbanlarının qisası döyüş meydanında misli ilə alındı.Fəxarətlə deyə bilərik ki, bu gün onların ruhu şaddır, çünkicanlarını fəda etdikləri Vətən torpağı tam azaddır”, - SəttarMöhbalıyev əlavə edib.

Seçilən
53
9
Mənbələr
Şərh ()
Bağla