AZ

Rişarlisonu depressiyadan psixoloq xilas edibmiş

''Tottenhem''in braziliyalı ulduzu Rişarlison psixoloqa getməyin faydası barədə diqqətçəkən açıqlamalar verib.

Ötən mövsüm onun üçün uğurlu alınmamışdı. Onun 50 milyon funt sterlinqə transfer olunduğu ''Tottenhem''də məhsuldarlığı aşağı idi. Üstəlik DÇ-2022-də Braziliya mübarizəni artıq 1/4 finalda dayandırmalı oldu. 26 yaşlı futbolçu bunları deyib:

''Mundialdan sonra mənə elə gəldi ki, həyatımda hər şey dağıldı və məhv oldu. Hər şeydən həvəsdən düşdüm. Düzdü, intihar barədə düşünmədim. Amma hiss edirdim ki, köməyə ehtiyacım var. Dəstəyə ehtiyacı olan insan çəkinmədən dərhal psixoloqa getməlidi. Çünki belə anlarda pis-yaxşı psixoloq insanın həyatını xilas edir. DÇ-dən sonra psixologiyam pozuldu. Depressiyaya düşdüm, həyəcan pozuntusu yaşadım. Beynimdən çox şey keçirdi. Hətta atama karyeramı bitirmək istədiyimi dedim. O ana qədər psixoloqlara qarşı münasibətim birmənalı deyildi. Elə ailə üzvlərim də belə düşünürdü ki, psixoloq yanına gedən insan dəlidi. Amma heç də belə deyilmiş. Başqası ilə danışmaq, onunla problemlərini bölüşmək gözəl hissdi. Mən bunu kəşf etdim. Bu, hələ ki, həyatımın ən yaxşı kəşfidi''.

ƏLİ
Seçilən
38
Mənbələr
Şərh ()
Bağla