AZ

Fransada güclü qasırğa: nəqliyyat əlaqəsi kəsildi

Fransanın şimal-qərb bölgəsini vuran "Nelson" qasırğasından sonra Fransa Milli Dəmir Yolları Şirkəti həmin istiqamətdə qatarların hərəkətini dayandırıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, nəqliyyat şirkəti sərnişinləri müvafiq saytlarda qatarların hərəkət cədvəlinə yenidən baxmağa çağırıb.

Fırtına ilə əlaqədar ölkənin Atlantik sahillərində ən azı altı departament "narıncı" hava xəbərdarlığı elan edib.

Bəzi yerlərdə küləyin sürəti saatda 183 kilometrə çatıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
51
3
Mənbələr
Şərh ()
Bağla