AZ

Məhkumların uşaqları həm əyləndi, həm öyrəndi

Məhkumların

Bakı, 29 mart, AZƏRTAC

“Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi “Azərsüd” və “BakuBus” MMC-nin birgə təşkilatçılığı ilə Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə sığınan məhkum qadınların və valideyn himayəsindən məhrum olan uşaqlara bahar fəslinin gəlişi münasibətilə tədbir keçirilib.

İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, bayram əyləncəsi iyirmidən çox uşağa bir neçə saatlıq təbəssüm bəxş edib. “Park Bulvar” Ticarət Mərkəzinin Planetarium Cinema zalında maarifləndirici film izləyən uşaq və yeniyetmələr daha sonra Novruz bayramının əsas personajları keçəl və kosanın əhatəsində şənliyə qatılıblar.

Maraqlı yarışlar, gözoxşayan rəqslərlə keçən tədbir uşaqlara təqdim olunan hədiyyələrlə yekunlaşıb.

Birliyin sədri, jurnalist Firuzə İskəndərova məhkum qadınların uşaqları ilə bağlı yaxın günlərdə yeni bir layihəyə başlayacaqlarını qeyd edib. Bildirib ki, “Balaca kəşfiyyatçılar” adlı silsilə tədbirlər keçirməyi planlaşdırırlar.

Seçilən
53
Mənbələr
Şərh ()
Bağla