AZ

Xavinin cəzası qüvvədə qaldı

Xavi Ernandes İspaniya Futbol Federasiyasından (İFF) mənfi cavab alıb. İFF-nin Apellyasiya Komitəsi “Barselona”nın baş məşqçisinin diskvalifikasiyasını qüvvədə saxlayıb.

“Sport.es” portalının məlumatına görə, Kataloniya klubunun 44 yaşlı mütəxəssisin cəzası ilə bağlı apellyasiya şikayəti rədd olunub. Xavi martın 17-də keçirilən “Atletiko” ilə matçdakı (3:0) davranışına görə iki oyunluq cəzalandırılıb. Baş məşqçi İspaniya çempionatının 29-cu turunun matçında hakimlə mübahisə etdiyi üçün iki dəfə xəbərdarlıqdan sonra meydandan qovulub.

Beləliklə, Xavi komandasına “Las Palmas” və “Kadis” ilə növbəti oyunlarda texniki zonadan göstəriş verə bilməyəcək.

Seçilən
60
39
Mənbələr
Şərh ()
Bağla