AZ

Moskvadakı terrorla bağlı Tacikistanda 9 nəfər saxlanılıb

Moskvadakı

Tacikistanda Rusiyada konsert salonuna edilən hücumla əlaqəsi olduğu düşünülən 9 adam saxlanılıb.

Reyting.az
xəbər verir ki, Tacikistan və Rusiyada konsert salonuna edilən hücumla bağlı başladılan istintaq davam edir.

Tacikistan Dövlət Təhlükəsizlik Komitəsi hücumla əlaqəsi olduğu düşünülən 9 şəxsin nəzarətə götürüldüyünü açıqlayıb.

Bildirilir ki, 9 şübhəlinin hamısı bazar ertəsi Vəkhdat şəhərində saxlanılaraq paytaxt Düşənbəyə gətirilib. Rusiyada isə hücumla əlaqəli 8 nəfər həbs edilib.

Qeyd edək ki, martın 22-də Rusiyada konsert salonuna hücum nəticəsində 143 nəfər həyatını itirib.

V. QULİYEV
Seçilən
49
Mənbələr
Şərh ()
Bağla