AZ

Ermənistanda banklar Rusiyanın “Mir” kartlarından istifadəni dayandırır


Ermənistanın bankları Ukraynanın işğalı ilə əlaqədar Qərbin Moskvaya tətbiq etdiyi sanksiyalara görə Rusiyanın "Mir” ödəniş kartları ilə aparılan əməliyyatları dayandıracaqlarını açıqlayıb.

7NEWS.az xəbər verir ki, Ermənistan Banklar Assosiasiyası ölkənin kommersiya banklarının "ikinci dərəcəli sanksiyalar riski səbəbindən şənbə günündən etibarən "Mir" kartlarına xidmət göstərməyi dayandıracağını” bildirib. Bildirilib ki, Rusiyanın dövlət nəzarətində olan Bank VTB-nin Ermənistandakı törəmə şirkəti tərəfindən buraxılan "Mir” kartları üçün istisna olacaq.

7NEWS.az
Seçilən
72
7
Mənbələr
Şərh ()
Bağla