AZ

Rövşən Məmmədov tanınmış jurnalisti təhqir edən əməkdaşını işdən çıxardı – FOTOLAR

Azərbaycan Dövlət Televiziyasının (AzTV) əməkdaşı işdən çıxarılıb. 

Z. Baxşəliyev sosial şəbəkələrdə özünü aid olmadığı vəzifənin icraçısı kimi təqdim etdiyi, tanınmış jurnalist Məhəmmədəli Qəriblini sosial şəbəkələrdə ağır söyüşlərlə təhqir etdiyi üçün işdən çıxarılıb.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl “TikTok” sosial şəbəkəsində “Nemoy” ləqəbli Zöhrab Baxşəliyev Azinforum informasiya portalının baş redaktoru Məhəmmədəli Qəriblini ağır söyüşlərlə təhqir etmiş, aralarında mübahisə yaranmışdı. Məhəmmədəli Qəribli daha sonra məsələni ictimailəşdirmişdi.

Fotoda: Məhəmmədəli Qəribli

Fotoda: Zöhrab Baxşəliyev

Seçilən
76
8
Mənbələr
Şərh ()
Bağla