AZ

Nolan daha bir mükafatla təltif olunacaq

Amerikalı rejissor Kristofer Nolan kino sahəsində xidmətlərinə görə Britaniyanın "Cəngavər" mükafatı ilə təltif olunacaq.

Kulis.az xəbər verir ki, mükafatlandırma mərasimində rejissorun həyat yoldaşı prodüser Emma Tomas da "Cəngavər" rütbəsinin qadın ekvivalenti hesab olunan mükafat alacaq.

Qeyd edək ki, Nolanın "Oppenhaymer" filmi bu il yeddi Oskar Mükafatına layiq görülüb.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla