AZ

®Mərkəzi Gömrük Hospitalının həkimi Almatıda keçirilən beynəlxalq elmi-praktik konfransda məruzə ilə çıxış edib

Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin mama-ginekoloqu, t.ü.f.d., Sədi Allahverdiyev martın 14-16-da Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Sərhədsiz ginekologiya. Təxirəsalınmaz ginekologiya. Gözləntilər və reallıqlar” VIII Beynəlxalq elmi-praktik konfransında məruzə ilə çıxış edib.

Konfransın ilk iki günü şəhərin aparıcı özəl klinikalarından birində canlı laporoskopik və uşaqlıq daxili histeroskopik cərrahiyyə və maraqlı müzakirələrlə yadda qalıb. Konfransın üçüncü - əsas günündə ginekoloji praktikada sıx rast gəlinən təcili və təxirəsalınmaz hallarla bağlı mühazirələr dinlənilib. Sədi Allahverdiyev “Uşaqlıq boynu hamiləliyi” mövzusunda təqdimatla çıxış edib, uşaqlıq boynu hamiləliyin baş vermə səbəblərindən, əlamətlərindən, diaqnostikasından danışıb, hospitalda bu ciddi və qanama təhlükəsi yaradan patologiyanın müalicəsində istifadə edilən texnikadan bəhs edib. Həkim qeyd edib ki, uşaqlıq boynu hamiləliyinin profilaktik tədbirlərinə ginekoloji xəstəliklərin rasional müalicəsi, abortlardan imtina, uşaqlıq daxili müdaxilələrdən sonra tam reabilitasiyanın aparılması vacibdir. Vaxtında görülən bu tədbirlər həyat üçün təhlükəli ağırlaşmaların qarşısını almağa imkan verir.

Məruzə konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.

 

Seçilən
59
2
Mənbələr
Şərh ()
Bağla