AZ

Ukraynanın taxıl ixracında müsbət dinamika

Polşa sərhədində Ukraynanın taxıl ixrac marşrutlarının blokadanın aradan qaldırılmasında irəliləyiş əldə olunub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal Varşavada Polşanın Baş naziri Donald Tusk ilə birgə mətbuat konfransında çıxış edərkən bildirib.

Şmiqal qeyd edib ki, bu yalnız blokadanın aradan qaldırılması deyil, həm də bu cür blokadalara səbəb olan bütün kritik məsələlərin həllidir:

“Planımız istədiyimiz qədər sürətlə reallaşmır, amma müsbət dinamikanı müşahidə edirik. Bu dinamikanı qorumaq və davam etmək vacibdir. Ukrayna sərhədinin müəyyən Polşa qrupları tərəfindən blokadası, əlbəttə ki, Polşa və Ukrayna iqtisadiyyatına və bütövlükdə Avropa Birliyinə ziyan vurur. Müdafiə qüvvələri sayəsində Ukrayna bu il Qara dənizin sərhədlərini açdı. Ukraynanın bu il ixrac etdiyi 17 milyon ton kənd təsərrüfatı məhsullarının yalnız 2 milyon tonu Qərb sərhədimizdən quru yolu ilə nəql olunur, qalan hissəsi ya dəniz yolu ilə, ya da Tuna limanlarından keçir”.

Seçilən
52
Mənbələr
Şərh ()
Bağla