Bakı, 29 mart, AZƏRTAC
Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” Şəbəkə İdarəetmə Mərkəzində məlumat təhlükəsizliyi və məxfiliyin təmin olunması məqsədilə “FileSender” xidməti istifadəyə verilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “FileSender” istənilən ölçülü faylları sürətli və təhlükəsiz şəkildə göndərmək üçün açıq mənbəli veb-proqramdır. Göndərən şəxs faylları müəyyən müddət ərzində qəbul edən şəxsin kimliyi və fayllara giriş üzərində tam nəzarətə malikdir.