AZ

Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır

Bakı. Trend:

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Bakıətrafısərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasınabaşlanılır.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSCməlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin2024-cü il 27 mart tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş“Bakı şəhərətrafı dəmiryol nəqliyyatı ilə sərnişindaşıma fəaliyyətiüzrə subsidiya verilməsi Qaydaları” subsidiya məbləğininhesablanması, bu məbləğin proqnozlaşdırılması və ödənilməsinə dairprosedur qaydasını və tələbləri müəyyən edir.

Müvafiq qərar “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Abşerondairəvi dəmir yolu marşrutu üzrə sərnişindaşıma xidmətinə şamilolunur.

ADY-nin Bakıətrafı marşrutlar üzrə sərnişindaşıma xidmətininmaliyyələşməsi bu istiqamətdə meydana çıxan maliyyə çətinlikləriniqismən kompensasiya etməklə mövcud qatar parkının daha təhlükəsiz,rahat və səmərəli xidmət göstərməsinə yardım edəcək.

Rusiya, Qazaxıstan, Türkiyə, İsveçrə, Avstriya, Fransa,Almaniya, həmçinin Avropa İttifaqının digər ölkələri dəmir yolusərnişin daşımalarının subsidiyalaşdırılması üzrə uzunmüddətlitəcrübəyə malikdir. Artıq bu təcrübənin ölkəmizdə də tətbiqedilməsinə başlanılır.

Seçilən
12
15
Mənbələr
Şərh ()
Bağla