AZ

“Crocus City Hall” terrorunda xüsusi təyinatlı polkovnik də ÖLÜB

Martın 22-də “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlar arasında Rusiya Silahlı Qüvvələri Baş Qərargahının xüsusi təyinatlı briqadasında xidmət etmiş polkovnik Timur Myasnikov da var.

Modern.az xəbər verir ki, bu barədə “Rusiya Zabitləri” təşkilatının Samara regional bölməsinin sədri Artur Malivançuk bildirib.

Onun sözlərinə görə, Timur Myasnikov terror aktı zamanı üç güllə yarası alıb və həkimlərin onun həyatını xilas etmək cəhdlərinə baxmayaraq, bir neçə gün sonra dünyasını dəyişib.

Polkovnik daha əvvəl Kosovo və Tacikistanda döyüşüb. O, Ukraynadakı hərbi əməliyyat zonasında xidmət edirmiş və terror aktından əvvəl məzuniyyətə gəlibmiş.

İddialara görə, terror aktı zamanı polkovnik arvadını və oğlunu təhlükəsiz yerə itələməyə müvəffəq olub və özünü atəşə sipər edib.

Seçilən
175
50
Mənbələr
Şərh ()
Bağla