AZ

Tovuzda 40 yaşlı kişini cərəyan vuraraq öldürüb

Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Papaqçılar kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Nemət Abbasov kənd ərazisindəki transformatora müdaxilə edən zaman cərəyan vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
3
apa.az

9Mənbələr