AZ

Premyer Liqa: 31-ci və 32-ci turların təqvimi açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 31-ci və 32-ci turlarının oyun cədvəli açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, 31-ci və 32-ci turlar çərçivəsində baş tutacaq oyunların vaxtı və yeri artıq məlumdur. 31-ci tur 19-21 aprel, 32-ci tur isə 27-29 aprel aralığında təşkil olunacaq.

Premyer Liqa
31-ci tur
19 aprel

16:30. “Turan Tovuz” – “Sumqayıt”
Tovuz şəhər stadionu

20 aprel

16:30. “Qarabağ” – “Qəbələ”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

19:00. “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu.

21 aprel

16:30. “Kəpəz” – “Sabah”
Tovuz şəhər stadionu

19:00. “Araz-Naxçıvan” – “Səbail”
Mərdəkan. “Dalğa Arena”

32-ci tur

27 aprel

18:00. “Sabah” – “Səbail”
“Masazır Arena”.

28 aprel

15:30. “Qəbələ” – “Kəpəz”
Qəbələ şəhər stadionu

17:45. “Neftçi” – “Turan Tovuz”
“Neftçi Arena”

20:00. “Sumqayıt” – “Qarabağ”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

29 aprel

19:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu

Seçilən
153
32
Mənbələr
Şərh ()
Bağla