AZ

Qəbizliyi aradan qaldırıb bağırsaq xərçəngindən qoruyanQİDALAR

Çox rast gəlinən problemlərdən olan qəbizliyin xroniki hal almasının qarşısını bəzi qidaların güclü təsiri sayəsində almaq olar.
Mütəxəssislər bağırsaqları yeniləyən, həzm sistemini rahatlaşdıran və qəbizliyi aradan qaldıran qidaları sadalayıblar.

Medicina.az bir dəfə yeyildikdə belə qəbizliyi və həzm problemlərini aradan qaldıran qidaları təqdim edir:


Badam

Qəbizliyi aradan qaldırmaqda çox təsirli olan badam, bol miqdarda lif və faydalı yağ ehtiva edir. Gündə bir ovuc badam istehlak edildikdə, həzm sistemi qısa müddətdə nizamlanır. Bağırsaqların yenilənməsini təmin etdiyi üçün bir çox xroniki xəstəliklərin qarşısını alır.


Brokkoli

Ən faydalı tərəvəzlərdən biri olan brokkoli bol lif ehtiva etdiyi və daha çox sudan ibarət olduğu üçün bağırsaqları yumşaldır. Qəbizliyin qarşısını alan brokkoli bağırsaq xərçəngindən də qoruyur.


Alma

Təzə və ya qurudulmuş halda istehlak edilən alma həzm sistemini stimullaşdırır və qəbizliyi aradan qaldırır. Alma hətta xroniki qəbizlik hallarında da təsirlidir, çünki bağırsaqları lazım olan liflə təmin edir.


Kətan toxumu

Omeqa-3 yağ turşuları ilə zəngin olan kətan toxumu həzm sistemini tənzimləyir və qəbizlik problemini həll edir. Kətan toxumu bədənin müqavimətini artırdığı üçün bir çox xroniki xəstəliklərdən də qoruyur.


Qatıq və kefir

Probiotiklərlə zəngin olan qatıq və kefir həzm sistemini tənzimləməyə kömək edir. Qatıq həm də güclü mədə qoruyucusu kimi tanınır. Bu qidalar bədənə daxil olan toksinlərin xaric edilməsi prosesini sürətləndirir.


Yulaf lopaları

Pəhriz prosesində ən çox seçilən qidalardan biri olan yulaf xüsusilə arıqlama prosesində qəbizliyin qarşısını alır.


Kivi

Tərkibində yüksək miqdarda lif olan kivi gecə yatmazdan əvvəl istehlak edildikdə bütün bədəni təmizləyir. Həzm sistemini sakitləşdirən və xroniki qəbizliyi aradan qaldıran kivi, tərkibində C vitamini olduğu üçün xəstəliklərdən də qoruyur.


Gavalı qurusu

Tərkibindəki lif və təbii şəkərlər sayəsində həzm sistemini stimullaşdırır və beləliklə qəbizliyin qarşısını alır.


Biyan kökü

Çox güclü təsiri olan biyan kökü, iltihab əleyhinə xüsusiyyəti sayəsində bağırsaqlarda meydana gələ biləcək infeksiyaların qarşısını alır. Biyan kökünün ən təsirli xüsusiyyəti odur ki, nəcisin miqdarını artırır və bağırsaqlardan keçməsini sürətləndirir. Biyan kökü kifayət qədər güclü olduğundan, bir dəfə istifadə etmək kifayətdir.


Aysel

Seçilən
64
18
Mənbələr
Şərh ()
Bağla