AZ

 «Aqrar Sığorta» nın ödənişləri - 3 DƏFƏYƏDƏK ARTIB

 «Aqrar Sığorta» sığorta şirkəti bu ilin yanvar-fevral aylarında 7 milyon 58 min manat sığorta haqqı toplayıb.

FED.az xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 982 min manat və ya 22% azdır.

2023-cü ilin yanvar-fevral aylarında sığorta şirkətinin satış komandası tərəfindən 9 milyon 40 min manat sığorta haqqı toplanmışdı.

Hesabat dövründə şirkət tərəfindən 1 milyon 549 min manat sığorta ödənişi edilb.

Sığorta ödənişləri son bir il ərzində 998 min manat və ya 2,8 dəfə artıb. Ötən ilin müvafiq dövründə sığorta şirkəti müştərilərinə 551 min manat sığorta ödənişi etmişdi.

Bu dövrdə sığorta şirkətinin zərərlilik göstərici 22% təşkil edib.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla