AZ

Zelenski Ukraynanın Moldovadakı səfirini İŞDƏN ÇIXARDI – FOTO

Zelenski Ukraynanın Moldovadakı səfirini istefaya göndərib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski fərman imzalayıb.

Zelenski Ukraynanın Moldovadakı səfiri Mark Şevçenkonu istefaya göndərib.

Müvafiq sərəncam cümə günü, martın 29-da dövlət başçısının saytında dərc olunub.

Mark Şevçenko bu vəzifəni 2020-ci ildən tuturdu.

Xatırladaq ki, martın 26-da Zelenski Aleksey Danilovu Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi vəzifəsindən azad edib.

Xuraman Etibarlı

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla