AZ

8 Noyabr prospektində əsaslı təmir işləri aparılır

Bakı. Trend:

Yolun asfalt-beton örtüyündə çatlar və qabarmalar müşahidəolunduğuna görə Bakıda 8 Noyabr prospektində əsaslı təmir işləridavam etdirilir.

Trend xəbər verir ki, 8Noyabr prospekti uzun müddət əsaslı təmir olunmadan istismarolunduğundan yolun asfalt-beton örtüyündə çatlar və qabarmalarmüşahidə olunurdu. Bu isə paytaxtın əsas işlək prospekti ilə rahathərəkətə maneə yaradırdı.

Əsaslı təmir işləi prospektin Yusif Səfərov küçəsi iləkəsişməsindən Zığ dairəsi istiqamətində aparılır. Hazırda ərazidəköhnə səki daşlarının söküntüsü işləri aparılır.

Xatırladaq ki, işlərin aparıldığı ərazidə hərəkətməhdudlaşdırılmayıb. Yalnız ərazidən keçən avtonəqliyyatvasitələrinin və çalışan işçilərin təhlükəsizliyi baxımındanmüəyyən hərəkət zolaqları üzrə qismən məhdudlaşma tətbiqedilib.

Bir daha sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları,təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətliolmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarınıntələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahişolunur.

Seçilən
26
19
Mənbələr
Şərh ()
Bağla