AZ

Türkiyədə ABŞ nümayəndə heyəti ilə Ukrayna müharibəsi və terrorizmlə mübarizə məsələləri müzakirə ediləcək

Türkiyədə

Ankara, 29 mart, AZƏRTAC

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın cümə günü Ankarada ABŞ Konqresinin Nümayəndələr Palatasının nümayəndə heyəti ilə görüşəcək.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Ukraynadakı vəziyyət, Yaxın Şərqdə cərəyan edən proseslər, PKK və İŞİD yaraqlıları da daxil olmaqla terrorizmlə mübarizə məsələləri daxildir.

Müzakirələrin gündəliyinin ayrıca bəndində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 9-da ABŞ-a planlaşdırılan səfərinə hazırlıq məsələləri də yer alıb.

Birləşmiş Ştatların nümayəndə heyətinin Ankaraya səfəri proqramına Xarici İşlər Nazirliyi, Milli Müdafiə Nazirliyi və parlamentdə görüşlər də daxildir.

Seçilən
9
Mənbələr
Şərh ()
Bağla