AZ

Rusiyalı manyakın məhkəməsi başlayıb

Kemerovo Vilayət Məhkəməsi 1990-cı illərdə azı 34 nəfəri öldürən və yeyən manyak, Novokuznetsk sakini Aleksandr Spesivtsevin cinayət işinə baxmağa başlayıb.

Herbiand.az bildirir ki, bu barədə ngs42.ru məlumat yayıb.

Dinləmələr bağlı qapılar arxasında və ruhi xəstəxanada olan müttəhimin iştirakı olmadan keçirilir. Məhkəmə təhlükəli əməllər törətdiyinə görə barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilib-edilməməsi barədə qərar verməlidir. Manyak RSFSR Cinayət Məcəlləsinin 102-ci maddəsi ilə ittiham olunur.

Onun barəsində yeni işin başlanmasına 1990-cı illərdə mənzilində tapılan qalıqların tədqiqinin nəticələri əsas olub. Müasir texnologiya sayəsində hüquq-mühafizə orqanları qurbanların şəxsiyyətini müəyyənləşdirib. Onun işi ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.

Onun cinayətləri 1997-ci ildə kanalizasiyada yaranan tıxanma səbəbindən təsadüfən üzə çıxıb. O əvvəlcə santexnikləri, sonra sahə polisini evə buraxmaqdam imtina edib. Bundan sonra polislər mənzilin giriş qapısını qırıblar. Orada işgəncəyə məruz qalmış qız və meyit parçaları tapılıb. Məlum olub ki, Spesivtsev və anası illərlə uşaqları və yeniyetmələri şirnikləndirərək evə aparıblar. Burda isə manyak onları öldürüb. Bəzi məlumatlara görə, Spesivtsevin hesabında 82-yə qədər qurban ola bilər, bunu axtarışlar zamanı tapılan paltarlar sübut edir. Lakin 1997-ci ildə onu cəmi 10 il həbs cəzasına məhkum ediblər. Bir il sonra 15 qətldə ittiham olunan Spesivtsevə qarşı yeni məhkəmə prosesi başlayıb. Ancaq həbsxana əvəzinə onu ruhi xəstəxanaya göndəriblər.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
58
Mənbələr
Şərh ()
Bağla