AZ

Tacikistanda “Crocus” terroruna görə 9 nəfər saxlanıldı

Moskvadakı «Crocus City Hall”da törədilən terror aktı ilə bağlı Tacikistanda da həbslər həyata keçirilir. Bu ölkədə şübhəli bilinən 9 nəfər saxlanılıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, həmin şəxslər Rusiyada qadağan edilmiş “Xorasan İslam Dövləti” terror təşkilatının üzvləridir.

Təqsirləndirilən şəxslərin Vəhdət şəhərində saxlanıldığı, sonradan Düşənbəyə aparıldığı bildirilir.

Qeyd edək ki, internet resurslarda Moskvada saxlanılan bəzi taciklərin ailə üzvlərinin də evlərindən aparıldığı və onların sonrakı aqibətlərinin bilinmədiyi barədə xəbərlər yayılıb.

Xatirə SADİQ,

KONKRET.az

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla