AZ

Rusiyadan Azərbaycana göndərilən pullar kəskin azalıb – RƏQƏMLƏR

Ötən il fiziki şəxslər tərəfindən Rusiyadan Azərbaycana göndərilən pulun həcmi 3 dəfəyə yaxın azalıb. 


Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, Rusiyadan Azərbaycana 2022-ci ildə 2,97 milyard dollar dəyərində pul köçürüldüyü halda 2023-cü ildə köçürülən pulun məbləği 1,048 milyard dollara düşüb. Ötən il Rusiyadan göndərilən pulun məbləği 1,922 milyard dollar, yəni 2,83 dəfə azalıb. 


Rusiyadan Azərbaycana ötən il göndərilən pulun məbləği 2022-ci ilə nisbətən azalsa da əvvəlki illərlə müqayisədə artım var. Məsələn, 2020 və 2021-ci illərdə hər il Rusiyadan təxminən 600-620 milyon dollar həcmində pul göndərilib. 2023-cü ildə göndərilən pulun dəyəri iki-üç il əvvəlki dövrlə müqayisədə 400-450 milyon dollar çoxdur. 


2022-ci ildə göndərilən pulun həcminin çox olması Rusiya-Ukrayna müharibəsi ilə bağlı olub. Müharibənin başlanması səbəbindən Rusiyada yaşayan həmvətənlərimiz və soydaşlarımız tərəfindən böyük məbləğdə vəsait Azərbaycana köçürülüb. Bu xüsusi halla əlaqədar olaraq 2022-ci ildə Rusiyadan pul köçürmələrində kəskin artım baş vermişdi. 


Vasif

Seçilən
59
50
Mənbələr
Şərh ()
Bağla