AZ

“Krokus”dakı terror aktında yaralananlardan daha biri DÜNYASINI DƏYİŞDİ

“Krokus”da terror aktı zamanı yaralanan xəstə xəstəxanada dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, bu barədə səhiyyə naziri Mixail Muraşko bildirib. O deyib ki, terror aktı zamanı yaralananlardan daha biri xəstəxanada dünyasını dəyişib.

“Krokus”da terror aktı zamanı yaralanan xəstə xəstəxanada dünyasını dəyişib, onun vəziyyəti çox ağır idi”, – nazir deyib.

Muraşko həmçinin bildirib ki, “Krokus”dakı terror aktından sonra 98 nəfər xəstəxanalardan buraxılıb, 69 nəfər xəstəxanada müalicə olunur. Onlardan biri son dərəcə ağırdır.

Xuraman Etibarlı

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla