AZ

Naqif Həmzəyev Səmərqəndə gedəcək

Milli Məclisin deputatı Naqif Həmzəyev aprelin 1-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə səfər edəcək.

Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkili səfər çərçivəsində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatçılığı ilə keçiriləcək Səmərqənd şəhərinin 2024-cü il üzrə MDB-nin mədəniyyət paytaxtı elan olunması ilə bağlı açılış mərasiminə və digər mədəni tədbirlərə qatılacaq.

Səfər aprelin 7-də başa çatacaq.

HUMAY

 

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla