AZ

Cizgi filmləri və sosial şəbəkələrdəki videolar uşaqlarda aqressiv davranışlar yaradır -Təranə Paşayeva

Rəqəmsal dünyanın inkişaf etdiyi bir dövrdə demək olar ki, uşaqları texnoloji vasitələrdən ayrı tutmaq mümkünsüzə çevrilib. Digər tərəfdən isə valideynlər uşaqların başını qatmaq və öz işlərini görmək üçün övladlarını telefon, planşet, televizorla baş-başa qoyaraq düzgün qərar verdiklərini düşünürlər. Amma əslində onlar övladları üçün bilmədən zərər vururlar.

Şiddət səhnələri ilə bol olan cizgi filmlərinin daim güc tətbiq edən qəhrəmanları uşaqların sevimlisinə çevrilir

Bu fikirləri “İki sahil”ə özəl açıqlamasında “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, psixologiya üzrə fəlsəfə doktoru  Təranə Paşayeva bildirdi.  

 

Əksər hallarda valideynlər övladlarının nələri izlədiklərinin belə fərqində olmurlar

Psixoloqun sözlərinə görə, istər televizorda, istərsə də sosial şəbəkələrdə izlədikləri cizgi filmlər və videoların əksəriyyəti uşaqlarda aqressiv davranışlarının yaranmasına səbəb ola bilər. Əksər hallarda valideynlər övladlarının nələri izlədiklərinin belə fərqində olmurlar. Uşağın izlədiyi cizgi filmi, videolarda gördüyü şiddət tərkibli səhnələr aqressiv davranışlarına təkan verir. Şiddət səhnələri ilə bol olan cizgi filmlərinin daim güc tətbiq edən qəhrəmanları uşaqların sevimlisinə çevrilir. Bu zaman uşaqların bu davranışları təqlid etmələri qaçılmaz olur.

Yaqut Ağaşahqızı, “İki sahil”

Seçilən
59
5
Mənbələr
Şərh ()
Bağla