AZ

Türk Mədəniyyəti və İrsi Fondu yeni layihəsini - “TURK DISCOVERY” "Youtube" kanalını təqdim edir

Bakı. Trend:

Qədim zamanlardan Türk ölkələrinin və xalqlarının tarixikeçmişində çoxlu təmas nöqtələri olmuş və bu, oxşar mədəniyyətin,adət-ənənələrin təzahürünə yol açmışdır. Bizim ortaq köklərimiz,zəngin irsimiz - dastanlarımız, dahi şəxsiyyətlərimiz, adətlərimiz,musiqimiz, ədəbiyyatımız var, ən əsası isə bütün bunlar dünyamədəniyyəti xəzinəsində özünə yer tapmaqdadır. Məsələn,Macarıstanda Türk izləri, Azərbaycanda skif-sak irsi, Qazaxıstanda“Qızıl adam” xəzinələri, Türkiyədə Osmanlı imperiyasının yüksəlişi,Özbəkistanın qədim mədəniyyətə malik şəhərləri, ümumtürkədəbiyyatının incisi sayılan Qırğızıstanın “Manas” dastanı vəs.

Trend-in TurkicWorld-ə istinadənməlumatına görə, bu qiymətli irsi gələcək nəsillərə ötürmək bizimborcumuzdur. İnsanların mənəvi zənginləşməsi üçün mədəniyyətəehtiyacı olduğu kimi, mədəniyyətə də qayğı və mühafizə ilə yanaşmaqlazımdır. Yeni nəsillər bunu bilməli, mənimsəməli, fəaliyyətlərindəona əsaslanmalıdırlar.

Missiyası zəngin Türk mədəni irsinin tədqiqi, araşdırılması,qorunması olan Türk Mədəniyyəti və İrsi Fondu AzərbaycanPrezidentinin təşəbbüsü, Qazaxıstan, Qırğızıstan və Türkiyə dövlətbaşçılarının dəstəyi ilə yaradılmış gənc təşkilatdır. Macarıstantəşkilata müşahidəçi ölkə kimi qoşulub.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulovanın qeyd etdiyi kimi: “Türk Mədəniyyəti və İrsi Fondufəaliyyət göstərdiyi müddət ərzində Türk xalqlarının zəngintarixin, milli-mənəvi dəyərlərin təbliği sahəsində bir çox müxtəliflayihələr həyata keçirib. Təşkilat kitablar nəşr edir, görkəmlitədqiqatçı alimlərin iştirakı ilə konfranslar, dəyirmi masalar,sərgilər keçirir, həmçinin Türk Dünyasının maddi mədəniyyətabidələrinin bərpası sahəsində işlər aparır.

Türk Mədəniyyəti və İrsi Fondunun növbəti layihəsi TürkDünyasının maddi-mədəni irsi, qədim adət-ənənələri və millidəyərlərinə dair proqramların, verilişlərin, sənədli filmlərinyayımlanacağı “Turk Discovery” YouTube platformasınınyaradılmasıdır. Bu genişmiqyaslı layihə Türk xalqlarınınsərvətlərinin qlobal auditoriyaya çatdırılmasına töhfə verməkməqsədilə həyata keçirilir. Bu, müasir və effektiv yanaşmadır,çünki biz dinamik inkişaf edən dünyada yaşayırıq. Xüsusi vurğulamaqistərdim ki, Fond YouTube platforması ilə yanaşı, TikTok,Instagram, Facebook və s. kimi onlayn platformalarda Türkölkələrinin maddi-mənəvi dəyərlərinin təbliğinə yönəlmiş məzmunufəal şəkildə təbliğ edir. Əminəm ki, tamaşaçılar “Turk Discovery”niböyük maraqla qarşılayacaqlar”.

Layihənin rəhbəri və “siması” Fondun dəvəti ilə tanınmışQazaxıstanlı jurnalist Maya Bekbayevadır. Maya Bekbayevanınkomandası uzun illərdir tarixə dair sənədli filmlər hazırlayır.

“Turk Discovery” layihəsinin ilk buraxılışı “Novruz – qədim türkbayramının dirçəlişi” sənədli filmidir (Filmə “Turk Discovery”layihəsinin rəsmi YouTube kanalında https://youtu.be/XhtnEcaG4hA?si=LsKqnUKY5A_5Tlw5linkindən baxmaq olar).

Filmin elmi rəhbəri və ssenarisinin həmmüəllifi Azərbaycanındövlət və siyasi xadimi, diplomat, alim, Türk Dövlətləri TəşkilatıAğsaqqallar Şurasının nümayəndəsi Həsən Həsənovdur. Çəkiliş qrupuÖzbəkistan, Qırğızıstan və Azərbaycanda olub. Çəkilişlərinəksəriyyəti Bakı şəhərində və Azərbaycanın əhəmiyyətli tarixiyerlərində aparılıb. Filmdə hər bir Türk ölkəsində Novruzbayramının özünəməxsus, fərqli xüsusiyyətləri göstərilir. Layihəninməqsədi Türk xalqları arasında həmrəyliyi daha dagücləndirməkdir.

Layihə komandası maraqlı və keyfiyyətli məzmun yaratmaq üzərindəişləməyə davam edir. Hazırda Mahmud Kaşqarinin Türk ləhcələrinintoplusu olan "Divani lüğət it-türk" adlı əsərindən bəhs edənsənədli film hazırlanır. Qeyd edək ki, bu toplunun 950 illiyi2024-2025-ci illər üzrə YUNESKO çərçivəsində qeyd olunur.

Seçilən
34
50
Mənbələr
Şərh ()
Bağla