AZ

THY Tripoliyə uçuşlara başlayıb

Türk Hava Yolları 28 Mart 2024-cü il tarixindən etibarən yenidən Liviyanın paytaxtı Tripoliyə uçuşlara başlayıb.

Fins.az xəbər verir ki, Afrikanı dünyanın ən çox nöqtəsinə birləşdirən Türk Hava Yolları Afrika qitəsinin 62 istiqamətinə uçuşlar həyata keçirir.

Bayraq daşıyıcısı brendi Boeing B737-78D tipli təyyarələrlə həftədə 3 gün, çərşənbə axşamı, cümə axşamı və bazar günləri Tripoli uçuşları həyata keçirəcək.

Günel Məlikzadə
Fins.az

 

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla