AZ

“Bolt” ”Uber” və “Yango”nun fəaliyyəti dayandırılacaq? (AÇIQLAMA)

“Bu qərarla “Bolt” ”Uber” və “Yango”nun fəaliyyəti məhdudlaşmayacaq. Yeni qərar taksi fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə aiddir”. 

Bu sözləri Valyuta.az-a iqtisadçı Xalid Kərimli taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün açıqlanan yeni qayda və tələbləri şərh edərkən deyib.

Xalid Kərimli bildirib ki, bu qərarda müəyyən tələblər var ki, ona əməl olunmalıdır:

“Həmin şirkətlər də fəaliyyətini bu tələblərə uyğun quracaq. Tələblər taksilərə aiddir. “Bolt”, “Uber”, “Yango” isə proqram təminatıdır.  Yəni, bu şirkətlər proqram təminatını təklif edir, ölkədəki taksi parkları isə bu proqram təminatlarından istifadə edərək öz fəaliyyətlərini həyata keçirir. Ona görə də onlar qoyulan yeni tələblərə də adaptasiya olunaraq, fəaliyyətlərini bu şərt və tələblərə uyğunlaşdıracaqlar”. 

Qeyd edək ki, dünən Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib. Yeni qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

Davud

Seçilən
31
Mənbələr
Şərh ()
Bağla