AZ

Lukaşenko Moskvaya gedir

Belarus prezidenti Aleksandr Lukaşenko mayın 8-də Avrasiya İqtisadi İttifaqının (Aİİ) yubiley sammitində iştirak etmək üçün Moskvaya gedəcək.

Azpost.info xəbər verir ki, bu barədə Belarusun Rusiyadakı səfiri Dmitri Krutoy məlumat verib.

“Mayın 8-də Aİİ-nin onuncu ildönümünə həsr olunmuş böyük tədbirlərimiz olacaq. Orada prezidentin 9 May Qələbə Gününə həsr olunmuş tədbirə qalıb-qalmayacağına qərar veriləcək”, – səfir bildirib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin mayın 8-də Moskvada Aİİ-nin yubiley sammitinin keçiriləcəyini, Rusiyanın tədbirə hazır olduğunu bildirmişdi.

Azpost.info

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla