AZ

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Dövlət

Bakı, 29 mart, AZƏRTAC

Ölkə ərazisində fəaliyyət göstərən restoran və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı havaya normadan artıq tullantı atıldığı müəyyən olunub.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə AZƏRTAC-a bildirib ki, bir sıra ictimai-iaşə obyektlərində təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq, onlara vaxtaşırı xidmət göstərilmir, filtrlər dəyişdirilmir, buna görə də havaya normadan artıq tullantı atılır.

“Restoran və ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edirik ki, Ramazan ayında toyların olmamasını bir imkan kimi dəyərləndirərək, obyektlərindəki təmizləyici qurğuların texniki göstəricilərinin normalara uyğunluğunu təmin etsinlər, havaya normadan artıq tullantı atılmasına yol verməsinlər”, - deyə xidmət rəisi bildirib.

Onun sözlərinə görə, əks halda qanun pozucularına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunamüvafiq tədbirlər görüləcək.

Seçilən
52
17
Mənbələr
Şərh ()
Bağla